Çin Yaponiya ilə mübahisədə mövqeindən dönməyəcəyini deyir

Çin bildirib ki, Yaponiya ilə Şərqi Çin dənizindəki mübahisəli adalara görə öz mövqeindən dönməyəcək.

Yaponiyanın baş naziri Yoshihiko Noda bildirib ki, Asiya-Sakit okean İqtisadi ƏMəkdaşlıq
Təşkilatının Vladivostokda keçirilən sammitində Çinin prezidenti Hu Cintao ilə görüşməyəcək.

O eyni məsələyə görə, Cənubi Koreya prezidenti Lee Myung Bak-la da görüşdən imtina edib.