Gənc jurnalist həlak olub

«Səs» qəzetinin əməkdaşı, 22 yaşlı Murad İsmayılzadə həlak olub. Lent.az-ın məlumatına görə, sentyabrın 5-də jurnalisti maşın vurub.

Hadisə Bakı-Quba yolunda, Ceyranbatan qəsəbəsi ərazisində baş verib. Murad İsmayılzadə hadisə yerində keçinib.