Bill Clinton Obamanı dəstəkləməyə çağırıb

Bill Clinton

Demokratlar Partiyasının qurultayında keçmiş prezident Bill Clinton Ağ Evdə ikinci müddətə prezident olması üçün amerikalıları Barack Obamaya dəstək verməyə çağırıb.

«Prezident Obamanın yanaşması amerikalının 21-ci əsr Amerikası arzusunu reallaşdırmaq üçün gərəkli dəyərləri, idealları və istiqamətləri özündə təcəssüm etdirir».

Obamanın qurultayda çıxışı sentyabrın 6-da gözlənilir.

Noyabrın 6-da keçiriləcək prezident seçkisində onun rəqibi Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romneydir.

Rəy sorğularına görə, Obama Romney üzərində az səs çoxluğu ilə fərqə malikdir.