İlham Əliyev üç ölkəyə yeni səfirlər göndərib

İlham Əliyev

Prezident İlham Əliyev Tofiq Əlövsət oğlu Abdullayevi Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Bəhreyndə fövqəladə və səlahiyyətli səfir, İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən geri çağırıb.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Qətərdə fövqəladə və səlahiyyətli səfir vəzifəsindən götürülüb.

İlham Əliyev Rasim Şəmsəddin oğlu Rzayevi Səudiyyə Ərəbistanına, Tarik İsmayıl oğlu Əliyevi Mərakeşə fövqəladə və səlahiyyətli səfir təyin edib. Tofiq Əlövsət oğlu Abdullayev Qətərə səfir göndərilib.