Azərbaycan Paralimpiadada 31-ci yerdədir

Azərbaycanlı idmançı Mədinət Abdullayeva lövhə atma yarışlarında iştirak edir

London Yay Paralimpiya oyunları davam edir. Azərbaycan medal sayına görə iştirakçı ölkələr arasında 31-ci yerdədir. İndiyə qədər Azərbaycan idmançıları 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Siyahıya 53-ü qızıl olmaqla 132 medalla Çin başçılıq edir. Yarışlara ev sahibliyi edən Böyük Britaniya 79 medalla ikinci, 62 medalla Rusiya 3-cü yerdədir.

London Yay Paralimpiya oyunlarında Azərbaycan 21 idmançı ilə təmsil olunur.

Ölkə ilk dəfə Paralimpiya oyunlarına 1996-cı ildə qoşulub. Həmin vaxt Azərbaycan iki idmançı ilə təmsil olunub.

Avqustun 29-da başlayan London Yay Paralimpiya oyunları sentyabrın 9-da başa çatacaq.