Ötən il 118 şagird qızıl medal alıb

2011-2012-ci dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 118 şagird qızıl, 20 şagird gümüş medalla təltif olunub.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Mükafatlanma «Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası» əsasında həyata keçirilib.