Əvvəlcə braziliyalı Kaka Realdan gedəcəyini bildirmişdi, indi Cristiano Ronaldo deyir ki, o, klubda “məyusdur”.
Real (Madrid) klubunun və dünya futbolunun ulduzu Ronaldo deyib ki, bazar günü Granada ilə 3:0 hesabı ilə qurtaran oyunda iki qol vurandan sonra ““klubdakı adamlar” onun qanını qaraldıb.
Ronaldodan soruşulub ki, niyə məhz oyundan sonra?
Ronaldo deyib: “Mən məyus olmuşam və klub bunu bilir. Buna görə mən vurduğum qollara sevinmirdim. Klubdakı adamlar səbəbini bilirlər”.
Ronaldonun dedikləri azarkeşlər arasında ehtimallar yaradıb ki, Ronaldo Realdan gedir.
Real onu 2009-cu ildə Manchester United klubundan 80 milyon funt sterlinqə almışdı. O, son 3 mövsümdə Realda 150 qol vurub.
Ronaldo dediklərinə heç bir aydınlıq gətirmək istəməyib: “Mən əlavə heç nə demək istəmirəm”
Bəlkə ilin ən yaxşı oyunçusu mükafatının Barcelonadan olan İniestaya verilməsi Ronaldonu məyus edib?
Ronaldo bu fikirləri qəti olaraq rədd edir. O deyib ki, “İniesta bu mükafata layiqdir”.
Real (Madrid) klubunun və dünya futbolunun ulduzu Ronaldo deyib ki, bazar günü Granada ilə 3:0 hesabı ilə qurtaran oyunda iki qol vurandan sonra ““klubdakı adamlar” onun qanını qaraldıb.
Ronaldodan soruşulub ki, niyə məhz oyundan sonra?
Ronaldo deyib: “Mən məyus olmuşam və klub bunu bilir. Buna görə mən vurduğum qollara sevinmirdim. Klubdakı adamlar səbəbini bilirlər”.
Ronaldonun dedikləri azarkeşlər arasında ehtimallar yaradıb ki, Ronaldo Realdan gedir.
Real onu 2009-cu ildə Manchester United klubundan 80 milyon funt sterlinqə almışdı. O, son 3 mövsümdə Realda 150 qol vurub.
Ronaldo dediklərinə heç bir aydınlıq gətirmək istəməyib: “Mən əlavə heç nə demək istəmirəm”
Andres Iniesta
Jurnalistlər Realın digər oyunçusu Gonzalo Higuaindən soruşublar ki, Ronaldoya nə olub? O cavab verib ki, onun fikrincə, Ronaldo özünü çox yaxşı hiss edir.Bəlkə ilin ən yaxşı oyunçusu mükafatının Barcelonadan olan İniestaya verilməsi Ronaldonu məyus edib?