Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib

Arif Quliyev

Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb.

APA-nın xəbərinə görə, sentyabrın 2-si gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ruslan Nemətov Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib.

Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.