Liviyanın Benqazi şəhərində partlayış törədilib

Liviyanın Benqazi şəhərində törədilmiş partlayışda 1 nəfər ölüb, 1 nəfərsə yaralanıb.

Reuters minalanmış maşının hücum obyektinə çatmamış partladığını xəbər verir.

Nəticədə sürücü ölüb, yanında oturan isə yaralanıb.

Bu insanların gur olduğu ticarət məhəlləsində baş verib.