Dəməşqdə 2 partlayış törədilib

Suriyanın paytaxtı Dəməşqdə 2 partlayış baş verib.

4 nəfərin yaralandığı xəbər verilir.

Suriyanın dövlət televiziyası və şahidlərin sözlərinə görə, partlayışlar təhlükəsizlik xidməti və vitse-prezident Faruk al Sharanın ofisinin yerləşdiyi rayonda baş verib.

Hələlik əlavə məlumat verilmir.

Kütləvi informasiya vasitələri bundan əvvəl Dəməşq ətrafında törədilən partlayışda 15 nəfərin öldüyünü xəbər verirdilər.