Əfqanıstanda tərədilmiş partlayışda 12 nəfər ölüb

Əfqanıstanın Vardak əyalətində intiharçıların hücumu nəticəsində azı 12 adam ölüb.
Onlardan 4-ü polisdir.

Partlayışlar NATO-nun hərbi bazasının ətrafında və Sayedabad rayonundakı gur bazarda törədilib.

Hücuma görə cavabdehliyi taliban üzərinə götürüb.