Tarixdə bu gün - 31 avqust

Sağda Edison, solda Eastman - Eastman Kodak Company-ni yaradan

1897-ci il avqustun 31-i kinokameranın yarandığı gündür. Həmin gün amerikalı Tomas Edison yenicə ixtira etdiyi kinokameraya patent alıb.

Tarixdə 31 avqust:

1935-ci il- SSRİ şaxtaçısı Staxanov 6 saata 105 ton daş kömür qazdı ( qazılan kömürü başqaları yığırdı). Bundan sonra SSRİ-də staxanovçular hərəkatı yarandı.

Aleksei Staxanov , 1935



1980-cı il- Polşada fəhlələrin Solidarnost hərəkatı yarandı. Polşada kommunizmin dağılmağı bu hərəkatla başlandı.

1990-cı il- Şərqi və Qərbi Almaniya öz siyasi və qanunvericilik sistemlərini birləşdirmək haqda saziş imzaladı

1994-cü il- Pentium Genius kompüter proqramı ilk dəfə şahmat üzrə dünya çempionu Kasparova qalib gəldi

1999-cu il- Moskvada mənzillərdə dalbadal partlayəışların birincisi oldu - bunlar ikinci Çeçen müharibəsinin başlanmasına səbəb oldu.