Bakıda Su İdman Sarayı tikiləcək

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda Bakıda müasir standartlara cavab verən Su İdmanı
Sarayının tikintisi üçün Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər
Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.