Aşqabadda Xəzərin statusu ilə bağlı işçi qrupun iclası keçiriləcək

Sentyabrın 26-27-də Aşqabadda Xəzərin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupun növbəti toplantısı keçiriləcək.

Bunu APA-ya Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov deyib.
O bildirib ki, hazırda Xəzəryanı ölkələrin balıq təsərrüfatları nümayəndələrinin görüşünə hazırlıq gedir.

Bu görüşdə 2010-cu il Bakı sammitində qəbul edilmiuş qərarların icrası müzakirə ediləcək.

Səfir qeyd edib ki, bütün Xəzəryanı dövlətlər Bakı sammitində dənizin boiresurslarının qorunması və rasional istifadəsi ilə bağlı Türkmənistanın ideyasını dəstəkləyiblər.