Əfqanıstanda 5 yerli əsgər öldürülüb

Əfqanıstanın şimalında törədilmiş hücumda 5 Əfqanıstan əsgəri həlak olub.

Kunar əyalət rəhbərliyindən verilən məlumata görə hərbi karvanın ötdüyü yolda kiçik partlayış baş verib.

Əsgərlər maşından çıxanda isə intiharı onlara yaxınlaşaraq özünü partladıb.

İnsident Talibanın dayaq məntəqələrindən olan Manoqay rayonunda baş verib.