Bu gün tarixdə - 29 avqust

Katrina qasırgası

Yaxın illərdə 29 avqustla bağlı ən mühüm və faciəvi hadisə 2005-ci ilin Katrina qasırğasıdır.

Katrina ABŞ-ın Luizianadan tutmuş Floridayacan bütün sahil zolağına öz dağıntıları ilə 80 milyard dollar ziyan vurdu. 1836 adam öldü.

29 avqustda tarixdə baş verən mühüm və ya maraqlı hadisələr:

1831-ci il- ingilis fiziki Michael Faraday elektromaqnit induksiyasını kəşf etdi.
Bununla da indiki bütün elektrik cihazlarının əsası olan elektrik mühərriki yaradıldı.

1885-ci il – Daimler dünyada ilk motosiklə patent aldı.

1922-ci il- Amerikada radio ilə ilk reklam verildi.

1949- cu il- SSRİ ilk atom bombasını sınaqdan çıxartdı

1991-ci il- SSRİ Ali Soveti Kommunist Partiyasının fəaliyyətini qadağan etdi.