Bakı-Siyəzən yolunda ölümlə nəticələnən qəza baş verib

Dünən axşam saatlarında Bakı-Siyəzən yolunda 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, “Nissan” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətini ağırdər.

Faktla bağlı araşdırma aparılır.