Tehran Suriya münaqişəsi ilə bağlı plan hazırlayıb

Tehran Qoşulmama hərəkatının sammitində Suriya münaqişəsi ilə bağlı plan təqdim etmək fikrindədir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirib.

O qeyd edib ki, bu təşkilata daxil olan ölkələrin hamısı Suriya münaqişəsinə kənardan hərbi müdaxiləyə qarşıdılar.