Bəsti Əlibəyli. Qəsd

-

Qəsd

Uzaqlar sevinsin deyə,
Qəsd ilə uzağa düşdüm.
Tuzaqlar sevinsin deyə,
Qəsd ilə tuzağa düşdüm.

Rəqibləri, əğyarları sevdim,
Sevdim ki, dəyişsin fitrəti.
Qəsd ilə “duymadım” nifrəti,
Sevgili çağları sevdim.

Qeylü-qalına varmadım,
Qəsd ilə qəzaları sevdim.
Sonku halıma varmadım,
Sevdim, fəzaları sevdim.