Suriyada həlak olmuş yaponiyalı jurnalistin cənazəsi vətəninə çatdırılıb

Suriyada həlak olmuş yaponiyalı qadın telejurnalistin cənazəsi Türkiyə təyyarəsi ilə vətəninə çatdırılıb

Tokio hava limanında onun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Veteran jurnalist Mika Yamamoto həmkarı ilə birlikdə Suriyadakı silahlı münaqişəni işıqlandırırdı.

O The Japan Press agentliyinin repartiyoru idi.

Jurnalistlər Suriya azadlıq ordusunun döyüşçüləri ilə birlikdə hərəkət edirmişlər.

Yamamoto ötən bazar ertəsi Hələb şəhərində atəşə düşüb.
Onun 45 yaşı var idi.