Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Bişkek

Avqustun 23-də Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) II Sammiti keçirilib. APA-nın məlumatına görə, sammit çərçivəsində Türkiyə-Azərbaycan-Xəzər-Qazaxıstan-Qırğızıstan-Çin marşrutu ilə dəmir yolu koridorunun yaradılmasına dair protokol imzalanıb.

Həmçinin qərara alınıb ki, növbəti zirvə toplantısı Azərbaycanda keçirilsin.

Sammitdə TDƏŞ-in maliyyələşməsi qaydaları, Türk Akademiyasının, Türk Mədəniyyətinə Dəstək Fondunun yaradılması da razılaşdırılıb.

Sammitdə Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri iştirak edib. Azərbaycanı toplantıda baş nazir Artur Rasi-zadə təmsil edib.

TDƏŞ-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

TDƏŞ 2009-cu ildə yaradılıb. Türkiyənin təşəbbüsü ilə onun baş katibi Xəlil Akıncı təyin edilib. Şuranın birinci zirvə toplantısı ötən ilin oktyabrında Almatıda keçirilib.