"Qazprom" 426 metr hündürlüyündə göydələn-ofis tikir

Qazprom şirkəti Sankt Peterburg şəhərində yeni göydələn mənzil-qərargahının tikintisinə icazə alıb. Şirkətdən bildiriblər ki, 426 metr hündürlüyündə olacaq Laxta Centerin tikintisinə bu il başlayacaqlar və 2018-ci ildə bitirməyi planlaşdırırlar.

Bu layihə uzun müddətdir gündəmdə olsa da, bunun şəhərin tarixi görkəmini pozacağını düşünənlərin müqaviməti üzündən tikintiyə başlanılmırdı. Qazprom tikinti yerini dəyişəndən sonra icazələri ala bilib.