Masallıda beynəlxalq folklor festivalı olacaq

Masallı rayon icra hakimiyyətindən verilən məlumata görə, sentyabrın 7-dən 10-a kimi rayonda beynəlxalq folklor fesitifalı keçiriləcək.

Festivalda 10-dan çox ölkənin folklor kollektivləri iştirak edəcək.

Masallı şəhəri 2012-ci ildə Azərbaycanın «Folklor paytaxtı» elan edilib.

Rayonda bununla bağlı silsilə tədbirlər keçirilir.