Qazaxıstanda yol qəzasında 15 nəfər ölüb

Rəsmilər Qazaxıstanın şimalında yol qəzasında azı 15 nəfər həlak olduğunu, 16 nəfərinsə yaralandığını bildirirlər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Akmola əyalətində Babatai kəndi yaxınlığında Almatı-Yekaterinburq şosesində bir sərnişin avtobusunun yük maşını və avtomobillə toqquşduğunu açıqlayıb.

31 sərnişini olan avtobus Astanadan Karaqandaya gedirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.