Məhkəmələrin tikintisi üçün 2 milyon manat vəsait ayırıb

Azərbaycan Nazirlər Kabineti bir sıra məhkəmələrin yeni inzibati binalarının tikintisi üçün vəsait ayırıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, tikinti işlərinə büdcədən 2 milyon manat vəsait ayrılıb.

Bu vəsait hesabına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin, Oğuz Rayon Məhkəməsinin və Gədəbəy Rayon Məhkəməsinin inzibati binalarının tikintisi başa çatdırılacaq.