Julian Assange tərəfdarları qarşısında çıxış edib

Hazırda Londondakı Ekvador səfirliyində olan WikiLeaks saytının banisi Julian Assang bu gün səfirliyin ətrafına yığışmış tərəfdarları qarşısında çıxış edib.

O söz azadlığına tam əməl etməyə çağırıb və dəstəyə görə tərəfdarlarına təşəkkür edib.
Assange qeyd edib ki, onlar ona dəstəklə yanaşı, həm də baş verənlərin şahidləridir.

O həmçinin dəstəyə görə Ekvador xalqı və prezidentinə təşəkkür bildirib.

Assange balkondan çıxış edib.

Bu barədə BBC xəbər verir.

O Səfirlikdən kəna çıxsa həbs oluna bilər.

Tanınmış ispaniyalı hüquq müdafiəçisi və vəkil Baltasar Garzon oan təmannasız məsləhətlər verir.

London məhkəməsinin qərarına görə, o seksual zorakılıqda ittiham olunan İsveçə verilməlidir.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər dərc etməsi dünyada böyük qalmaqala səbəb olub.

Assange hesab edir ki, o sonda Birləşmiş Ştatlara verilə bilər.

Ekvador bu günlərdə ona siyasi sığınacaq verib.