-
«Bizim yol» qəzeti Göyçay rayonunda yüzlərlə sakinin hüquq-mühafizə orqanlarının binaları qarşısında aksiya keçirdiyi yazır. Qəzetə görə, aksiya keçirənlər əsasən rayonun Mırtı kənd sakinləri olub və onlar polis özbaşınalığına etiraz ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, rayonun Mırtı kəndi istiqamətində xidmətdə olan yol polisləri gecə saatlarında qəbiristanlıqdan çıxan maşından şübhələniblər. Həmin maşını saxlayarkən Mırtı kənd sakini Qafar Əhmədov yol polisi əməkdaşlarına müqavimət göstərib və bu zaman ətrafdakı qohumları da mübahisəyə qarışıb:
«Mübahisəyə aydınlıq gətirilməsi üçün vətəndaşlar rayon polis şöbəsinə dəvət olunublar. Nəticədə tərəflər arasındakı anlaşılmazlıq həllini tapıb və saxlananlar sərbəst buraxılıblar».
Nazirlik rəsmisi mətbuatı məsələləri şişirtməkdə ittiham edir:
«Göyçayda baş verən hadisə hər gün yol polisləri ilə sürücülər arasında baş verən adi haldır. Bunun aksiya kimi qələmə verilməsi düzgün deyil».
«Yeni Müsavat» qəzeti eks-prezident Əbülfəz Elçibəyin ölümü ilə əlaqədar açılan cinayət işini AXCP sədri Əli Kərimliyə qarşı təxribat hesab edir. Qəzetə müsahibəsində sabiq baş nazir Pənah Hüseyn isə bu məsələ ilə bağlı Azərbaycan müxalifətinə qarşı ideoloji savaşın planlaşdırıldığını deyib.
Avqustun 17-də Baş Prokurorluqdan AzadlıqRadiosuna verilən məlumata görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və başqalarının iddiası əsasında eks-prezidentin zəhərlənməsi ilə bağlı cinayət işi açılıb. Hafiz Hacıyev iddia edir ki, Əbülfəz Elçibəyi AXCP sədri Əli Kərimli zəhərləyib.
«Azadlıq» qəzeti yazır ki, ölkənin prezident tərəfindən idarə olunması faktiki olaraq hiss olunmur.
«Azərbaycanda çox təhlükəli vəziyyət yaranıb, ölkə barıt çəlləyinə dönüb».
«Yeni Azərbaycan» qəzeti yazır ki, «Radikal düşərgə iflas ərəfəsində»dir. Qəzet yazır ki, artıq radikal düşərgədəki insanlar başçıların perspektivsizliyini onların üzünə deməkdədirlər:
«Elə bir neçə gün öncə mətbuata açıqlamasında Xaliq Bahadır deyib ki, bunların məqsədi qrant əldə etməkdir».