Dəməşqin mərkəzində partlayış olub

Suriyanın paytaxtı Dəməşqin mərkəzində partlayış olub. 3 nəfər yaralanıb.

Suriya dövlət televiziyasının məlumatına görə, partlayış otelin yanında olub. Həmin oteldə BMT müşahidəçiləri qalır.

Suriya müxalifətinin fəalları Dəməşqin müxtəlif rayonlarında partlayışlar olduğunu deyir.