Əfqanıstandakı partlayışlarda 36 adam ölüb

Əfqanıstanın Nimroz vilayətində silsilə partlayışlar olub.
 
Vilayətin Zaranj şəhərində törədilən partlayışlarda 25 dinc sakin, 11 polis həlak olub. 110-dən artıq adam yaralanıb.
 
Qurbanların çoxu Ramanzan bayramı üçün alış-verişə çıxanlar olub.