Müşahidə missiyası həm hökuməti, həm müxalifəti günahlandırır

Suriyadakı BMT müşahidə missiyasının rəhbəri Babacar Gaye Dəməşqdə keçirdiyi mətbuat konfransında zorakılığın artmasında həm hökuməti, həm də müxalifəti günahlandırıb:

"Suriyanın bir çox hissəsində zorakılıq artır. Hökumət fərq qoymadan ağır silahlardan istifadə edir.
Müxalifət isə şəhərlərdə yaşayış yerlərini hədəfə alır. Nəticədə günahsız insanlar arasında böyük qurbanlar var".