Tacikistanda yaraqlı qrupun başçısı təslim olub

Tacikistan hakimiyyəti bildirir ki, yüksək rütbəli təhlükəsizlik rəsmisini öldürməkdə ittiham olunan yaraqlı qrupun rəhbəri təslim olub.

Tolib Ayombekov təslim olmazdan əvvəl yerli televiziyaya bildirmişdi ki, o, qardaşı və tərəfdarları ilə birlikdə təslim olur ki, regionda sülh yaransın.

Ayombekov ümid edir ki, məhkəmə ədalətli olacaq və o, günahsızlığını sübut edəcək.
Keçən ay bu qrupa qarşı hakimiyyətin keçirdiyi əməliyyatda yerli təhlükəsizlik rəisi də daxil, 70 adam ölmüşdü.