Romney Paul Ryanın vitse-prezidentliyə namizədliyini irəli sürüb

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mitt Romney Wisconsin ştatından olan millət vəkili Paul Ryanın vitse-prezidentliyə namizədliyini irəli sürüb.

Prezident Barack Obama Paul Ryanı Respublikaçılar Partiyasının “ideoloji lideri” adlandırıb. Oba deyib ki, Paul Ryan Mitt Romneyin fikirlərini aydın ifadə edir.