Metronun 5 stansiyası yenidən açıldı

Avqustun 13-də Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» xətti üzrə müvəqqəti bağlanmış 5 stansiya yenidən sərnişinlərin istifadəsinə verilib.

«20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyaları artıq sərnişinlərin üzünə açıqdır.

5 meteostansiyası ərazidə təmir-bərpa işləri ilə bağlı avqustun 9-da bağlanmışdı.