Azərbaycan İrana yardım göndərib

İran: Xilasedicilər dağıntılar altında qalanları axtarır

Azərbaycan İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb.

Fövqəladə Hallar nazirliyinin rəsmi internet səhifəsi bu barədə məlumat yayıb.

Bildirilir ki, prezidentin tapşırığı ilə avqustun 13-də Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı yola düşüb.

Avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

Yardım karvanının sabah səhər saatlarında Əhər şəhərinə çatdırılması planlaşdırılır.

Həftə sonu İranın Şərqi Azərbaycan əyalətində zəlzələ olub, azı 250 nəfərin öldüyü, 2 mindən çox yaralının olduğu bildirilir.