Hakkani qrupu qara siyahıya salına bilər

ABŞ prezidenti Barack Obama Hakkani qrupunun terrorçu təşkilatlar siyahısına salınmasını nəzərdə tutan qanun imzalayıb.

Sənədin şərtlərinə görə, dövlət katibi 1 ay ərzində qrupun bu siyahıya salınıb-salınmaması barədə qərar verməlidir.

Əfqanıstanla Pakistan sərhəddində fəaliyyət göstərən bu qrup Əfqanıstan ərazisində bir sıra terror aktları törədib.

ABŞ artıq bu qrupun bir sıra rəhbərlərinə qarşı sanksiya tətbiq etsə də hələlik qrupu terrorçu təşkilatları siyahısına salmayıb.