Bakıda PKK əleyhinə aksiya keçirilib

-
Avqustun 11-də Beynəlxalq Diaspora Təşkilatı Türkiyənin Bakıdakı səfirliyi qarşısında PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatı əleyhinə aksiya keçirib.

Atatürkün abidəsi önünə güllər qoyandan sonra 50-yə yaxın aksiya iştirakçısı səfirlik qarşısına toplaşaraq terrorizmlə mübarizədə Türkiyəyə dəstək olduqlarını bildiriblər.

Əllərində PKK-ya qarşı döyüşlərdə həlak olan türk hərbçilərinin şəkillərini tutan etirazçılar «Terrora yox!», «Stop terror!» şüarları səsləndiriblər.

Aksiya polis müdaxiləsi və hər hansı insident olmadan başa çatıb.