Tofiq Abdin. Sizi sevməyimə zəhər qatanlar olacaq...

-

nəvələrim
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu...
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təziqindən fırlanan həyatım kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı kimi
məhkumam sizi sevməyə
allah əlini uzat
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...

2009