Filippində daşqınlardan bir həftədə 60 adam ölüb

Son bir həftədə Filippində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb. İyulun sonlarından başlayan daşqınlar nəticəsində isə 113 adam ölüb.

Paytaxt Manilanın 80 faizi su altında qalıb.

Yerli sakinlər son onilliklərdə ölkə ərazisində belə daşqın görmədiklərini bildirib.