Azərbaycanlı güləşçi Ratkeviç bürünc uğrunda mübarizə aparacaq

Foto arxiv

Azərbaycanlı güləşçi Yuliya Ratkeviç London Olimpiadasında bürünc medal uğrunda mübarizə aparacaq.

55 kq çəki dərəcəsində mübarizə aparan Yuliya təsəlliverici görüşdə amerikalı Kelsi Kempbelli məğlub edib.

O birinci hissədə rəqibinə 4:0, ikinci hissədə isə 1:0 hesabı ilə qalib gəlib.

Yuliya Ratkeviçin bürünc medal uğrunda mübarizədə rəqibi rusiyalı Valeriya Jolobova olacaq.