NATO hərbçilərinə hücum edən Əfqanıstan əsgəri öldürülüb

Əfqanıstanın Loqman əyalətində NATO əsgərlərinə atəş açan yerli hərbçi cavab atəşi ilə öldürülüb.

Komandanlıq NATO əsgərləri arasında itki olmadığını deyir.

İnsident yerli və xarici qüvvələrin yerləşdiyi hərbi obyektin ətrafında baş verib.