İranda həbsdə olan azərbaycanlı şairlərə hökm oxunacaq

3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadəyə avqustun 9-da hökm oxunacaq. AnsPress-in məlumatına görə, bu barədə Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib.

Azərbaycanlı şairlərin məhkəmə dinləmələri 2 gün davam edib.

Prosesə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də qatılıb.

Razılaşmaya əsasən F.Hüseynin Kürdəmir rayonunda, Ş.Hacızadənin isə İmişlidə yaşayan birinci dərəcəli ailə üzvləri də prosesdə iştirak edib.