Ukraynada mübahisəli dil qanunu qüvvəyə mindi


Ukrayna prezidenti Viktor Yanukovich avqustun 8-də rus dilinə regional dil statusu verilməsini nəzərdə tutan qanunu imzalayıb.

Ukrayna parlamentində əlbəyaxa davaya və kütləvi etiraz aksiyalarına baxmayaraq qəbul edilmiş həmin qanun rus dilinin Ukraynada işlənməsi imkanlarını genişləndirir.