Kabildəki partlayışda 8 adam ölüb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. 8 adam ölüb, 7 adam yaralanıb.

Partlayış avtobus yolunda baş veribmiş. Avtobusda isə dinc sakinlər olub. Onlar işə gedirmiş. Həmin avtobusdan əvvəl isə yoldan əfqan hərbçilərinin olduğu mikroavtobus keçib.

Təhlükəsizlik qüvvələri şübhəli şəxsi saxlayıblar. Onun talibançı olduğun bildirilir.