Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini dayandırıb

Avqustun 7-də Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları bu ölkəni tərk ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Nihad Ömərovun AzadlıqRadiosuna dediyinə görə, bu, təhlükəsizlik və mövcud vəziyyətlə əlaqədardır.

Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir.

Suriyada 1 ildən çoxdur ki, müxalifət qüvvələri ilə Bəşər Əsədin ordusu arasında döyüşlər davam edir.