Ali məktəblərin ixtisaslarına seçim başlandı

BDU-nun yeni korpusu

Avqustun 7-dən ali məktəblərin ixtisaslarına seçim başlanıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

TQDK 3-cü ixtisas qrupu üzrə iyulun 14-ü, 1-ci ixtisas qrupu üzrə iyulun 20-si, 4-cü ixtisas qrupu iyulun 27-si, 2-ci ixtisas qrupu üzrə isə avqust 3-də qəbul imtahanları keçirib.

Qruplar üzrə ən aşağı bal (150 bal) I qrup üzrədir.