ABŞ Marsda laboratoriya yerləşdirdi

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ-ın Kosmik Tədqiqatlar Agentliyi olan NASA qarşıdakı iki ildə təqiqatlar apara bilmək üçün Mars planetinin üzərinə laboratoriya endirib. “Curiosity” laboratoriyası avqustun 5-də gecə planetə enib. Laboratoriyadan alınan siqnalları NASA-nın Los Angeles yaxınlığındakı mərkəzində sevinclə qarşılayıblar. Agentlik öz televiziyasında laboratoriyanın Marsa enməsinə dair animasiya nümayiş etdirib. Həmin kadrlar Reuters agentliyi vasitəsilə yayılıb.