Fransa şirkəti Azərbaycanfilmi yenidən quracaq

Fransa şirkəti bu ilin sentyabrından Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması üzərində işə başlayacaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.

Nazir bildirib ki, hazırda kinostudiyada çəkilən filmlərin çəkilişi davam etdiriləcək, layihə tamamlandıqdan sonra isə kinostudiyanın yenidən qurulmasına başlanacaq.