London-2012: Elmar Qasımov növbəti mərhələdə

-
Avqustun 2-də London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu gücünü sınayıb. 1/16 finaldan mübarizəyə başlayan Elmar Qasımov (100 kq) qazaxıstanlı rəqibi Maksim Rakovu məğlub edib.

Növbəti mərhələdə o, Gürcüstan cüdoçusu Levan Jorjoliani tatami üzərinə çıxacaq.

APA agentliyi qazaxıstanlı rəqibi ilə görüşün sonunda Elmar Qasımovun ayağından zədə aldığını yazır.

XXX Yay Olimpiya oyunlarına vəsiqə qazanan Azərbaycanın 8 cüdoçusundan 7-si məğlub olub.