Tacikistanın müdafiə naziri üzr istəyib

Tacikistanın müdafiə naziri Shirali Khayrollayev Dağlıq-Bədəxşan vilayətində keçirilmiş əməliyyatlar zamanı yerli sakinlərin ölümünə görə üzr istəyib.

İyulun 24-də hökumət qoşunlarının bu bölgədə yaraqlılara qarşı keçirdiyi əməliyyatlarda onlarla dinc sakinin öldüyü bildirilir.

Həmçinin bu toqquşmalarda xeyli yaraqlı və əsgər ölüb.

Yaraqlılar amnistiya əvəzində artıq silahı yerə qoyublar.