Hindistanda elektrik problemi həll olunur

Hindistanın şimalında və şərqində elektrik təminatı bərpa olunur. Bir neçə gün idi ki, bu ölkədə 600 milyon əhali işıqsız qalmışdı.

Artıq üç enerji sistemi işə başlayıb.

Hindistanda elektrik enerjisi sistemində baş verən qəza nəticəsində paytaxt Dehli də daxil olmaqla iri şəhərlər işıqsız qalmışdı.